Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxacaq.
Sportal.az xəbər verir ki, Portu təmsilçisi 17-ci tur çərçivəsində Lissabonda Premyer Liqanın lideri "Benfika"nın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, 16 oyundan 41 xalı olan "Benfika" 1-ci, 20 xal toplayan "Boavişta" isə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi