Sabiq "Qəbələ"li Rusiya klubundan ayrıldı

12:06 - 18 Yanvar 2017

“Qəbələ”nin sabiq futbolçusu Lorenso Ebesilyo “Anji” klubundan ayrılıb.


Sportal.az xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi Mahaçqala klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv edib. Hollandiyalı futbolçu hazırda azad agent statusu daşıyır.


Qeyd edək ki, Ebesilyo 2013/14 mövsümündə “Qəbələ”də oynayıb.

 

Xəbər xətti