Gələcəkdə klublar arasında “Birlik kuboku” yarışı bərpa oluna bilər.
Sportal.az xəbər verir ki, “Sport-weekend” nəşrinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məsələ ilə bağlı UEFA-nın prezidenti Aleksader Çeferinlə danışıqlar aparıldığını söyləyib:
“Biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, bunu necə edəcəyimizi fikirləşməliyik. Məsələn, bu yarışı Soçidə keçirmək olar. Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu da yüksək etmək olar. Gənclərdən ibarət milli komandaların iştirakı uğursuz variant oldu”.
Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb.
Qeyd edək ki, Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.
saytlarin hazirlanmasi