“Bavariya”nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Frank Riberi sıradan çıxıb. Fransız futbolçu məşq zamanı ombasından zədə alıb. Bu barədə məlumatı “Bild” nəşri yayıb. 33 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Riberi cari mövsümdə meydana çıxdığı 18 oyunda 2 qol vurub, 11 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi