"Çelsi" futbolçusu Branislav İvanoviçin Rusiya "Zenit"inə keçidi rəsmiləşib.
Sportal.az Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi azad agent statusu ilə 2,5 illik müqaviləyə imza atıb. Futbolçu yeni klubunda illik 3,2 milyon avro qazanacaq.
Qeyd edək ki, Branislav İvanoviç 2006-2007-ci illərdə də Rusiyada çıxış edib. O, Moskva "Lokomotiv"inin formasını geyinib. 2008-ci ilin yanvarında isə İvanoviç "Çelsi"yə keçib.
saytlarin hazirlanmasi