Almaniya klubundan türk futbolçuya xəbərdarlıq: Siyasətə qarşıma!

00:52 - 2 Fevral 2017

Leverkuzen “Bayer”i türk futbolçusu Hakan Çalhanoğluna xəbərdarlıq edib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin ölkəsində keçiriləcək referendumda prezident üsul-idarəsinə “hə” deyəcəyini açıqlaması səbəb olub.
 
Bununla bağlı Leverkuzen klubunun mətbuat xidmətinin rəhbəri Dirk Mesk yerli mətbuata açıqlamasında futbolçuyla danışdıqlarını və ondan gələcəkdə siyasi məsələlərlə bağlı fikir bildirməməyi xəbərdar etdiklərini açıqlayıb.

Xəbər xətti