Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu ölkəsinin idman mətbuatının yalanını üzə çıxarıb.
Sportal.az xəbər verir ki, “Fanatik” nəşri “Bayer”in futbolçusu Hakan Çalhanoğludan aldığı açıqlamanı yayıb. Ancaq sonradan məlum olub ki, açıqlama uydurmadı. Saytın yaydığı açıqlamada Hakan deyir:
“Jurnalistlər bir ayda beş dəfə məni ayrı-ayrı klublara göndərirlər. Allah etsin ki, növbəti mövsümdə “Çelsi”də oynayım. Ancaq başqa variantlar da var”.
22 yaşlı yarımmüdafiəçi isə “twitter” hesabında məsələylə bağlı açıqlama verib:
“Mən mətbuata “Çelsi” barədə heç nə deməmişəm. Heç bir türk jurnalistə müsahibə verməmişəm. Nə məhkəmənin qərarı, nə də gələcək karyeramla bağlı”.
Xatırladaq ki, ötən günlərdə Hakan Çalhanoğlu “Trabzonspor”un müraciətindən sonra İdman Arbitraj Məhkəməsinin qərarı ilə 4 ay müddətinə futboldan uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi