Hakan Çalhanoğlu maaşdan imtina etdi

19:41 - 7 Fevral 2017

Türkiyənin "Trabzonspor" klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün 4 ay müddətində futboldan kənarlaşdırılan Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu maraqlı addım atıb. 

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi futboldan uzaq qaldığı müddətdə müqavilə ilə məxsus olduğu "Bayer" klubundan maaş almayacaq. O, bundan öz istəyi ilə imtina etdiyini vurğulayıb: "

 

"Bayer"in bu məsələ ilə bağlı heç bir günahı yoxdur. Ona görə də cəzalı olduğum müddətdə klubdan heç bir məvacib almamağa qərar verdim. Bundan sonra klubla birgə məşqlərdə iştirak edəcəm və hər zaman komanda yoldaşlarımın yanında olacam".

 

Qeyd edək ki, transfer zamanı yol verilən bəzi qanunauyğunsuzluqlar səbəbindən "Trabzonspor" oyunçunun cəzalandırılması üçün FİFA-ya müraciət etmişdi. Hakan həmçinin Qara dəniz təmsilçisinə 100 min avro təzminat ödəyəcək. 

Xəbər xətti