“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun Rusiya Premyer Liqasında mübarizə aparan “Anji” klbunun düşərgəsində baxışda olduğu haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Mahaçqala klubu ukraynalı futbolçunun xidmətində maraqlı olmayıb. Komandanın çalışdırıcısı olan erməni mütəxəssis Aleksandr Qriqoryan futbolçunun performansından narazı qalıb.
Bu barədə məlumatı 30 yaşlı futbolçu özü verib:
“Qriqoryan məni və Denis Dedeçkonu bəyənmədi. Amma bunun səbəbini də bildirmədi. Əsl səbəbləri mənə qaranlıq qaldı. İndi Ukraynada özümə klub axtarıram. Tezliklə özümə komanda tapacam”.
Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"dən ayrılan Antonov “qırmızı-qaralar”ın heyətində 32 oyuna 7 qol vurmuşdu.
Əlavə edək ki, “Anji”nin baş məşqçisi Aleksandr Qriqoryan 14 futbolçunu baxışa dəvət edib. U-21 millimizin üzvü olan Qvanzav Maqomedovun performansı da erməni mütəxəssi razı salmamışdı. AZAL-dan ayrılan gənc müdafiəçi daha sonra I Divizion təmsilçisi “Səbail”lə müqavilə imzalayıb.
saytlarin hazirlanmasi