Yunanıstan Super Liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin şərəfini qoruduğu AEL səfərdə lider “Olimpiakos”la qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 2 - 0 hesablı qələbəsiylə başa çatıb.
Amit Quluzadə 46-cı dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, 20 oyundan sonra hesabında 17 xal olan Larissa təmsilçisi 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi