Avropa Liqasının 1/16 final mərhələsində "Fənərbaxça"nı qəbul edəcək "Krasnodar" oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marat İzmaylov bu görüşü buraxacaq. 34 yaşlı futbolçu məşq zamanı zədələnib.
Qeyd edək ki, "Fənərbaxça"nın hücumçusu Robin van Persi də qarşılaşmada iştirak etməyəcək.
Xatırladaq ki, Rusiya millisinin sabiq üzvü olan İzmaylov 2014-cü ildə "Qəbələ"də çıxış edib.
"Krasnodar" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi