Almaniya Bundesliqasında əlamətdar statistik göstərici qeydə alınıb.
Sportal.az xəbər verir ki, Bundesliqda 50 mininci qol vurulub. Qol “Auqsburq” - “Bayer” oyununda (1:3) qeydə alınıb. “Bayer”in futbolçusu Kərim Bellarabi qarşılaşmanın 23-cü dəqiqəsində hesabı açıb. Bu qol Bundesliqa tarixində 50 mininci olub.
Bundesliqada ilk qol 1963-cü ilin 24 avqustunda “Verder” - Borussiya” (D) oyununda vurulub. “Verder”in 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada ilk qolu Timo Kanetska vurub.
saytlarin hazirlanmasi