Azərbaycanlı futbolçu rəsmən "Anji"də

16:17 - 20 Fevral 2017

Moskva "Spartak"ının azərbaycanlı futbolçusu Ayaz Quliyev karyerasını "Anji"də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Mahaçkala klubunda icarə əsasında çıxış edəcək. İcarə müddəti mövsümün sonunadək nəzərdə tutulub. Bu barədə məlumat "Anji"nin rəsmi saytından verilib.

 

Qeyd edək ki, 2014-cü ildən “Spartak”da oynayan həmyerlimiz bu müddət ərzində 17 matçda meydana çıxıb.

Xəbər xətti