“Everton”un futbolçusu Romelu Lukaku komandadan ayrılacağı ilə bağlı gəzən söhbətlərə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, belçikalı hücumçu Liverpul klubunda oynamaqdan məmnun olduğunu bildirib:
“Əgər dünyanın ən yaxşı futbolçularına nəzər salsanız, görərsiniz ki, onlar daima inkişaf edirlər. Mən də əlimdən gələni etməyə çalışıram. Hər şeyə çox tez nail olmağı sevmirəm. Burada çox xoşbəxtəm. Hər gün daha çox məşq edirəm və öyrənirəm. Komanda olaraq ən böyük istəklərimizdən biri Çempionlar Liqasında çıxış etməkdir. Ümid edirəm ki, bu tezliklə olacaq”.
Qeyd edək ki, Romelu Lukaku 2014-cü ildən “Everton”da çıxış edir.
saytlarin hazirlanmasi