"Xərçəng"ə qalib gələn futbolçu meydanlara qayıtdı

18:34 - 1 Mart 2017

Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Marko Russ yenidən yaşıl meydanlara qayıdıb.

 

Sportal.az xəbər verir ki, 9 aydı "xərçəng" xəstəliyindən müalicə olunan 31 yaşlı oyunçu Almaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Arminya" ilə matçda meydana çıxıb.

 

Frankfurt təmsilçisinin baş məşqçisi almaniyalı müdafiəçini qarşılaşmanın artırma dəqiqələrində meydana buraxıb.

 

Matçı tribunadan 3 yaşlı qızı ilə izləyən futbolçunun xanımı göz yaşlarını saxlaya bilməyib. Bu zaman azarkeşlər də Russa alqışlar ilə dəstək olublar.

Xəbər xətti