Venger fantastik təklifi geri çevirdi

19:21 - 1 Mart 2017

Çin klublarından biri "Arsenal"ın baş məşqçisi Arsen Vengerə təklif göndərib.

 

Sportal.az xəbər verir ki, fransız mütəxəssis ilinə 35 milyon avro qazanacağı təklifi rədd edib. 67 yaşlı mütəxəssisin ən azı mövsümün sonuna kimi London klubunu çalışdıracağı bildirilib.

 

Mövsüm başa çatdıqdan sonra o, klub rəhbərliyi ilə müqavilənin müddətini uzadıb-uzatmayacağını müzakirə edəcək.

Xəbər xətti