Millimizlə oyunda yeni futbolçu?

14:48 - 2 Mart 2017

"Leyptsiq"in futbolçusu Timo Verner Almaniyanın əsas milli  komandasına dəvət ala bilər. 

 

Sportal.az xəbər verir ki, yerli mətbuata açıqlama verən yığmanın baş məşqçisi Yoahim Löv futbolçunun oyununu izlədiyini deyib: “Onun dünya səviyyəli hücumçu olması üçün yüksək potensialı var”.

 

Bu mövsüm Bundesliqada 21 oyuna 13 qol vuran Timo Verner millinin baş məşqçisinin fikirlərindən danışıb: “Hər bir futbolçu əsas milliyə çağırılmaq istəyir. O cümlədən, mən də dəvət alacağıma ümid edirəm. Bunun üçün üzərimdə möhkəm çalışmalıyam”.

 

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Bakıda millimizə qarşı keçirəcək. Yerli mətbuatın yaydığı xəbərə görə, Verner həmin oyun üçün milliyə cəlb olunacaq.

 

Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti