“Lester Siti”dən bir müddət öncə istefaya göndərilən baş məşqçi Kaludio Ranyerinin heykəli ucaldılacaq.
Sportal.az xəbər verir ki, “tülkülər”in fanatları italyan mütəxəssisə abidə qoymaq üçün pul yığmağa başlayıblar. Azarkeşlər Ranyerinin abidəsinin inşası üçün 10 min funt-sterlinq yığmağı planlaşdırırlar.
Xatırladaq ki, Ranyeri ötən mövsümdə “Lester Siti”yə 133 illik klub tarixində ilk çempionluğunu qazandırsa da, cari mövsümkü uğursuz nəticələrdən sonra istefaya göndərilib.
saytlarin hazirlanmasi