"Neftçi"də zədəlilərin durumu: İkisi qayıtdı, biri gözləyir

00:22 - 3 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Zirə”ni qəbul edəcək “Neftçi” hazırlıqlarını davam edirir.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın zədəli futbolçuları Ruslan Abışovla Mahir Şükürov artıq bərpa prosesini başa vurublar.  Hər iki futbolçunun “Zirə” ilə qarşılaşmaya hazır olacağı gözlənilir.

 

Ancaq komandanın digər zədəlisi Cavid İmamverdiyevlə bağlı eyni sözləri demək mümkün deyil. Əzələsində problem olan yarımmüdafiəçi böyük ehtimalla ”Zirə” ilə matçda iştirak etməyəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu fevralın 5-də baş tutacaq. 

Xəbər xətti