“Oğlum İbrahimoviçlə meydana çıxsın, 170 min ödəyəcəm”

00:51 - 3 Mart 2017

Avropa Liqasının 1/8 final mərhələsində “Mançester Yunayted”in rəqibi olan Rusiyanın “Rostov” klubu azarkeşlərinin birindən maraqlı təklif alıb.

 

Sportal.az xəbər verir ki, adı açıqlanmayan azarkeş “Rostov”a 170 min rubl məbləğində pul ödəməyə hazırdır.

 

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri İvan Bodılevski məlumat verib. O, azarkeşin maraqlı istəyinin olduğunu deyib: “Ötən gün azarkeşlərdən biri klubumuzun ofisinə zəng etmişdi. Təklif etdi ki, “Mançester Yunayted”lə oyunda oğlunun Zlatan İbrahimoviçin əlindən tutacağı halda, 170 min rubl məbləğində pul ödəyəcək”.

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun martın 9-da baş tutacaq.

Xəbər xətti