Azərbaycan Premyer Liqasının XXI turunda Gəncədə AZAL-la qarşılaşacaq “Kəpəz” məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, qarşıdakı oyun üçün hazırlığa Bakıda start verəcək “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edib.
Komanda bu gün səhər məşqinə saat 11:00-da başlayacaq.
“Kəpəz” martın 4-də Gəncəyə gələcək və oyun öncəsi son çalışmasına matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.
saytlarin hazirlanmasi