Almanlar "Bayıl Arena"nı seçdi

12:12 - 3 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan - Almaniya matçını ölkəmizdə izləməyə gələcək alman azarkeşlər paytaxtımızda futbol yarışı keçirəcəklər.

 

Sportal.az xəbər verir ki, bu barədə  Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Martın 26-da günorta saatlarında “Bayıl Arena”da keçiriləcək oyunlarda fan-klubun üzvləri komandlara bölünəcək və üz-üzə gələcəklər.

 

Qeyd edək ki, 800-dək alman azarkeş matça canlı baxmaq üçün ölkəmizə gələcək. Komandanın fan-klubunun martın 29-da yaranması günüdür. Bu səbəbən onların matç üçün bilet və Bakıda yemək xərclərini məşhur şirkətlərdən biri fan-kluba ad günü hədiyyəsi olaraq öz öhdəçiliyinə götürüb.
 

Xatırladaq ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Xəbər xətti