Millinin sabiq üzvü Konqo klubunda: "Qəlbimin səsini dinlədim"

12:43 - 3 Mart 2017

Xroniki zədələrə görə bir müddət öncə karyerasını başa vurduğunu açıqlayan belçikalı futbolçu Antoni Vanden Borre qərarını dəyişib.

 

Sportal.az xəbər verir ki, futbolçu yenidən karyerasını bərpa edib. Bir vaxtlar Belçikanın ən istedadlı futbolçuları sırasında göstərilən 29 yaşlı oyunçu karyerasını Konqoda davam etdirəcək.

 

"Anderlext"in yetirməsi Konqonun "Mazembe" klubu ilə rəsmi müqavilə imzalayıb. "Fiorentina" və "Cenoa" kimi tanınmış klublarda oynamış futbolçu qərarını belə izah edib:

 

"Qərarım çoxları üçün sürpriz ola bilər. Amma mən qəlbimin səsini dinlədim və Konqoya gəldim".

 

Qeyd edək ki, Borre 2004/14-cü illərdə Belçikanın əsas millisində oynayıb.

Xəbər xətti