İlham Zəkiyevə vəzifə verildi

15:44 - 3 Mart 2017

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V Hesabat seçki yığıncağı keçirilib. 

 

Sportal.az xəbər verir ki, tədbirdə qurumun rəhbərliyinə yeni seçkilər baş tutub. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, İlham Zəkiyev vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

 

Qeyd edək ki, ikiqat paralimpiya çempionu İlham Zəkiyev bu gün 37 yaşını qeyd edir.

Xəbər xətti