Arsen Venger: "Heç bir baş məşqçinin yerinə göz dikməmişəm"

18:36 - 3 Mart 2017

“Arsenal”ın çalışdırıcısı Arsen Venger gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis London klubunu tərk etmək niyyətində olmadığını bildirib:

 

"Mənim ilk seçimim "Arsenal"dır, buranı tərk etmək istəmirəm. Amma klub rəhbərliyinin qərarına da hörmətlə yanaşıram. Hazırda iş axtarmıram. Heç bir baş məşqçinin yerinə göz dikməmişəm".

 

Qeyd edək ki, 67 yaşlı Venger 1996-cı ildən "topçular"ı çalışdırır.

Xəbər xətti