“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti Bundesliqada “Köln”ə qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.
Sportal.az xəbər verir ki, italyan çalışdırıcı komandanın əsas heyət üzvü adlandırdığı Frank Riberi haqqında da danışıb:
“Hazırda çox yaxşı formadayıq. Demək olar ki, zədəli futbolçularımız yoxdu. Əgər biz “Arsenal”, “Hamburq” və “Şalke”yə qarşı oynadığımız performansı davam etdirsək, növbəti 3 ay çox yaxşı olacaq. Çempionlar Liqası çox vacib yarışdır. Bu kimi yarışlar əlavə enerji və motivasiya verir. Əsas oyunçuların hamısı yerindədir. Frank Riberinin nəyə qadir olduğunu deməyə ehtiyac yoxdu. Əgər o meydandadırsa, demək ki, hər şey inanılmaz olacaq”.
Qeyd edək ki, “Bavariya” Bundesliqada 22 turdan sonra 53 xal toplayıb və vahid liderdi. Münhen klubu ÇL-nin 1/8 finalında “Arsenal”ı 5:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi