“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandanın ulduz futbolçularından biri olan Zlatan İbrahimoviç barəsində danışıb.
Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis isveçli futbolçu ilə daha uzun müddət çalışmaq istəyini bildirib:
“Zlatan hazırki vəziyyətindən məmnundur. Bu səbəbdən onu daha uzun müddət burada görmək istəyirəm”.
Mourinyo özü haqda da danışıb:
“Mən pis insan deyiləm, sadəcə, özündənrazı və birlikdə çalışmaq üçün çətin xarakterli birisiyəm. Bugünə qədər məşqimdən qaçmaq, yayınmaq istəyən kimsə olmayıb. Düşündüyünüzdən daha yaxşı insanam. İnsanlar mənim ətrafımda olmaqdan və mənimlə işləməkdən məmnundurlar. Çalışdığım insanlardan inam və hörmət gözləyirəm. Mənim müqaviləm "qırmızı şeytanlar"la 3 illikdir, 7-8 aylıq deyil. Bu səbəbdən hər şey zamanla olacaq və bu inkişafı da görəcəksiz”.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-ci ildən “Mançester Yunayted”də çıxış edir. 35 yaşlı forvard bu mövsüm Premyer Liqada 15 qol vurub və 4 assist edib.
saytlarin hazirlanmasi