“Qötse yenidən “Borrusiya” üçün vacib oyunçu olacaq”

00:51 - 4 Mart 2017

“Borrusiya” Dortmundun çalışdırıcısı Tomas Tuxel komandanın  futbolçusu Mario Qötse ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman məşqçi uzun müddət meydanlardan kənar qalan 24 yaşlı oyunçunun yenidən əvvəlki vəziyyətinə dönəcəyinə inandığını bildirib:

 

 

“Marionun dincəlməyə və dəstəyə ehtiyacı var. Sağalması üçün bir az zaman lazımdı. Sonra  o, yenidən bizim üçün ən vacib oyunçulardan biri olacaq”.

 

Qeyd edək ki, Mario Qötse martın 26-da Bakıda baş tutacaq Almaniya - Azərbaycan qarşılaşmasında da iştirak edə bilməyəcək.

Xəbər xətti