Samir Abasov: "Qarabağ"dan zərrə qədər çəkinmirik" MÜSAHİBƏ

18:31 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda “Sumqayıt” öz meydanında “Qarabağ”a böyükhesabla (0:4) məğlub olub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:

 

- Bu oyun bizə bir cavab oldu ki, hələ fikirləşdiyimiz yerə çatmaq üçün illər lazımdı. Həm çempionatda tutacağımız yer, həm də avrokuboklar... Bu gün biz Avrokuboklarda oynamış komandaya qarşı oynadıq və gücümüzü gördük. Bu səbəbdən də arzuların reallaşmasına çox var. Elə epizodlar var idi ki, bizi susmağa məcbur etdi. Oyun ərzində Fərhad və Vurğundan başqa bütün futbolçularımızda həyəcan var idi. Biz Avrokubokları düşünsək də, buna hazır deyilik.

 

- Bu gün 4 müdafiəçi ilə oynadınız...

- İstəyirdik ki, mərkəz xəttini güclü edək. Birinci qol istisna olmaqla, digər qolları “Qarabağ” yox, özümüz vurduq.  Oyunda futbolçularım həyəcanı idi. Bəhlulun üzərinə böyük iş düşsə də, öhdəsindən gələbilmədi.

 

- Komandanız “Qarabağ”la oyunlarda özünü göstərə bilmir və çox qol buraxır. Bunun səbəbi nədir?

- “Qarabağ”dan zərrə qədər çəkinmirik. Digər oyunları qoyaq bir kənara, əsas bu oyun idi. Əgər oynaya bilməmişiksə, deyiləcək bir şey yoxdur. Bizə çox vaxt lazımdır.

Xəbər xətti