"Kəpəz" AZAL-ı gözləyir

00:32 - 5 Mart 2017

Azərbaycan Premyer Liqasının 21-ci turunda doğma meydanda AZAL-ı qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib.

 

Sportal.az xəbər verir ki, qarşıdakı oyun öncəsi komanda son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxıb.  “Sarı-göylər”in məşqi təxminən 45-50 dəqiqə davam edib.

 

Yüngül xarakter daşıyan hazırlıq prosesində əsasən toplu çalışmalara yer verilib. İsinmə təmrinlərinin yerinə yetirilməsindən sonra futbolçular müxtəlif məsafələrə ötürmələr üzərində işləyib, “kvadrat” oynayıblar. Məşqin son 10 dəqiqəsində isə oyunçular fərdi qaydada hazırlaşıblar.

 

“Kəpəz”in heyətində zədəli futbolçu yoxdur.

Xəbər xətti