UEFA türkiyəli futbol hakimi Cüneyt Çakıra növbəti dəfə etimad göstərib.
Sportal.az xəbər verir ki, FİFA referisi Çempionlar Liqası matçına təyinat alıb. O, 1/8 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Napoli" - "Real" oyununu idarə edəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma martın 7-i, saat 23:45-də start götürəcək.
Əlavə edək ki, ilk görüşdə Madrid klubu "Napoli"ni 3:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi