Azərbaycan Premyer Liqasının 21-ci turunda evdə “Zirə”yə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Abdullayev öncə oyunla bağlı fikirlərini bildirib:
- Bu oyun çox vacib və önəmli idi. Ancaq təəssüf ki, uduzduq. Deyərdim ki, “Zirə” bizim üçün narahat rəqibdi. Artq 3-cü ildi ki, bu komandaya çempionatda qalib gələ bilmirik. Bəlkə, bunun da futbolçulara təsiri var. 1:0 hesabda irəli idik, üstünlük də bizdə idi. Ancaq məğlub olduq.
- Sizcə, məğlubiyyətdə qolkiper Maksim Vaylonun rolu nə dərəcədə var idi?
- Hər şeyi qapıçının üstünə atmaq olmaz. Bütün komanda məğlub olub. Bu oyunda “qalib heyəti dəyişməzlər” prinsipi ilə yenə Vayloya şans verdim. Məqsəd İsayevin yerinə Kamran Qurbanova şans verməyimə səbəb də, Məqsədin gözündə problem olması idi. Düzdü, Vaylonun səhvləri var idi. Ancaq bütün oyunçularda səhv olur.
- “Neftçi” qış fasiləsində bir çox transferlər etsə də, qışda bu cəhətdən fərqlənməyən “Zirə”yə məğlub oldu...
- Dediyim kimi, bunu ancaq sindromla əlaqələndirmək olar. Üstünlük bizdə olsa da, 5 dəqiqəyə 2 qol vurdu. Bəlkə də, neçə dəfə 30 metrdən zərbə vursa qol olmazdı. Ancaq belə alındı.
- Artıq “Zirə”ylə aranızda 9 xallıq fərq var. Demək olar ki, bundan sonra ancaq kuboka köklənəcəksiz?
- Düzdü, 9 xallıq fərq var. Ancaq hələ heç nə bitməyib.
- Komandanın “feyr-pley” qaydalarına riayət etməməsi barədə nə deyə bilərsiz?
- Əsas futbolçuların sağlamlığıdı. Bu, istənilən 3 xalda önəmlidi. Mən buna riayət etməyən futbolçuya nə deyə bilərəm? Ancaq bəlkə də, görməyib...
- Qış fasiləsindən sonra ən böyük səhviniz olaraq nəyi görürsüz?
- Hamıda səhv olur. Ancaq səhvimi burda açıqlaya bilmərəm.
- Oyundan sonra Ayxan Abbasovla nəyisə uzun-uzadı müzakirə etdiz...
- Sadəcə, təbrik etdim. Bir də soruşdum ki, oyunun sonlarında yerdə uzanıb qalan futbolçunun vəziyyətini soruşdum.
- Bu, “Zirə”nin vaxtı uzatmasıyla bağlı atmaca idi?
- Yox (gülür) belə deyildi. Belə olsa da, bu, futboldu. Sən məğlub vəziyyətə düşüb rəqibə bu cür hərəkətlər etməyə imkan verməməlisən. Rəqib də qalib gəlmək istəyir. Buna görə, onları başa düşmək olar.
saytlarin hazirlanmasi