Mario Qötsenin ardından Dortmundun “Borussiya” klubunun daha bir üzvü DÇ-2018-in seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyununda iştirak edə bilməyəcək.
Sportal.az xəbər verir ki, söhbət ulduz futbolçu Marko Roysdan gedir. Belə ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi Bundesliqasının XXIII turunda baş tutan “Borussiya” – “Bayer” (6:2) matçının 44-cü dəqiqəsində zədə alıb və oyunu davam etdirə bilməyib.
Bu gün tibbi müayinədən keçən futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Dortmund təmsilçisi rəsmi saytı vasitəsi ilə aparıcı futbolçusunun 1 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb. Bu isə futbolçunun millidən kənarda qalması anlamına gəlir.
Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi