Çili millisinin hücumçusu Aleksis Sançes mövsümün sonunda “Arsenal”ı tərk edəcək.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqanın XXVII turunda “Liverpul”la səfər matçından (3:1) öncə komandanın baş məşqçisi Arsen Vengerlə mübahisə edib. Sançes mütəxəssislə qalmaqaldan mövsümün sonunda klubu tərk etmək barəsində qərar verib.
Ancaq “Liverpul”la matçdan sonra keçirilən mətbuat konransında baş məşqçi Arsen Venger Aleksisin ehtiyat oyunçular skamiyasında oturmasını qalmaqalla əlaqələndirməyib: "Heyət seçimləri hər zaman müzakirə mövzusudur. "Arsenal"da bütün futbolçular yüksək səviyyədədir"
Qeyd edək ki, Aleksis Sançes “topçular”a 2014-ü ildə “Barselona”dan transfer olunub. Onun London klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi