Özildən milli etirafı: “Bildirdi ki, bu səbəbdən Almaniyada oynamalıdır”

15:05 - 6 Mart 2017

“Arsenal”ın və Almaniya yığmasının üzvü Məsut Özil maraqlı açıqlamar verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2006-cı ildə Almaniya millisini seçməsindən danışıb:

 

“Atam dedi ki, bu səbəbdən Almaniya millisində oynamalıdı”

 

“Təbii ki, bu çətin qərarı verəndə ailəmlə danışdım. Anam Gülizar xanım Türkiyə millisində oynamağımı istəyirdi. Mənim soy kökümün hara bağlı olduğunu düşünməyimi, babalarımın Türkiyədən gəldiyini deyirdi. Əmim də anamla eyni fikirdə idi. Mənə belə tösiyə edirdilər. Atam isə onlara “Məsut Almaniyada doğulub, burada məktəbə gedib, futbolu da alman klublarında öyrənib. Bu səbəbdən də Almaniyada oynamalıdır” – dedi”.

 

“Heç kimi üzmək istəmirdim”

 

“Qərar vermək üçün bəzən üzərimdə təzyiqlər də olurdu. Heç kimi üzmək istəmirdim. 2006-cı ilin sonlarında yekun qərarımı ailəmə söylədim”.

 

Image result for mesut özil 2006

 

“Hər oyundan əvvəl eyni duanı oxuyuram”

 

“Bütün təzyiqlərə baxmayaraq, Almaniya yığmasında oynamaqdan qürur hissi keçirirəm. Həmçinin, Türkiyəyə heç zaman üz çevirmədiyim üçün də xoşbəxtəm. Bütün oyunlardan əvvəl isə eyni duanı söyləyirəm. “Allah, bugünkü matç üçün bizə güc ver və komanda yoldaşlarımı zədələnməkdən qoru. Sən bizim yolumuzu aça və bağlaya bilərsən. Bizə doğru yolu göstər” – şəklində dua edirəm". 

 

Image result for mesut özil pray

 

Qeyd edək ki, Özil 2006-cı ildə Almaniyanın U-19 yığmasında oynayıb. 2009-cu ildən isə o, ölkənin əsas millisində çıxış etməyə başlayıb.

 

Image result for mesut özil 2014 cup

Xəbər xətti