"Çelsi"yə müjdəli xəbər

17:42 - 6 Mart 2017

"Çelsi" 60 min nəfərlik yeni stadionunun inşası üçün London Bələdiyyəsindən razılıq əldə edib.

 

Sportal.az İngiltərə KİV-lərinə istinadən xəbər verir ki, bələdiyyə "zadəganlar"ın 500 milyon funt-sterlinqə başa gələcək yeni "ev"inin layihəsini qəbul edib. London meri Sadiq Xanın “Stemford Bric”in yenidən tikilməsi üçün "Çelsi"yə icazə verib.

 

Klubun layihəsinə əsasən, 41 min 600 yerlik “Stemford Bric” stadionu tamamilə sökülərək, yerində yeni stadion tikiləcək. Arenanın tikintisinin 2021/22 mövsümündən öncə tamamlanması planlaşdırılır.

 

Qeyd edək ki, “Çelsi” 1905-ci ildən ev oyunlarını “Stemford Bric”də keçirir. 90-cı illərdə stadionda bəzi yenidənqurma işləri aparılmışdı.

Xəbər xətti