“Arsenal” və “Yuventus”un sabiq futbolçusu Norveç klubunda

12:07 - 7 Mart 2017

Son olaraq İngiltərənin “Nottingem Forest” klubunda çıxış edən Niklas Bentner özünə yeni komanda tapıb.

 

Sportal.az Danimarka millisinin üzvü karyerasını Norveçdə davam etdirəcək. 29 yaşlı forvard Norveçin köklü klublarından olan “Rusenborq”la mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Qeyd edək ki, Bentner karyerası ərzində 9 il London “Arsenal”ında çıxış edib. O, daha sonra “Sanderlend”, “Yuventus”, “Volfsburq” və "Nottingem Forest" kimi komandalarda top qovub.

Xəbər xətti