Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" 2 günlük istirahətin ardından məşqlərə start verib.
Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi hazırlığa başlayıb.
9 futbolçu - Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Xəyal Nəcəfov, Mirabdulla Abbasov, Kamran Abdullazadə, Nicat Muxtarov, Azər Salahlı və Tərlan Əhmədli 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının heyətində yer aldığı üçün məşqdə iştirak etməyib. Zədəli olduğuna görə, "Qarabağ"la qarşılaşmada iştirak edə bilməyən Rail Məlikov isə sağalıb və bugünkü hazırlıq prosesinə qatılıb.
Qeyd edək ki, martın 13-də "İnter Arena"da baş tutacaq "İnter" - "Sumqayıt" oyunu saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi