Premyer Liqamızda mübarizə aparan "Sumqayıt" heyətini gücləndirib.
Sportal.az-ın əldə etdiyi məlumata görə, əslən azərbaycanlı olan 25 yaşlı qolkiper Mehdi Cənnətov "kimyaçılar"la müqavilə imzalayıb. Cənnətovun müqaviləsi 1,5 illik nəzərdə tutulub. Mehdi Rusiyanın "Anji" klubunun yetirməsidi və son olaraq Mahaçqala təmsilçisində çıxış edib.
Xatırladaq ki, Mehdi Cənnətov vaxtı ilə U-21 millimizə də dəvət alıb.
saytlarin hazirlanmasi