"Kəpəz" 8 martda başlayır

17:46 - 7 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda AZAL-la Gəncədəki oyundan sonra iki günlük istirahətə buraxılan “Kəpəz”in əsas komandası məşqləri martın 8-də bərpa edəcək.

 

Sportal.az xəbər verir ki, məşqçilər və futbolçular Bakıda bir araya gələcək. “Sarı-göylər” həftə boyunca qarşıdakı turda görüşəcəyi “Zirə” ilə oyunun hazırlıqlarını paytaxtda keçirəcək. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında məşq edəcək.  

 

“Kəpəz”in sabaha təyin olunan məşqi saat 11:00-da başlayacaq.

Xəbər xətti