Əliyar Ağayevin idarə etdiyi matçda "Benfika" qalib gəldi

19:18 - 7 Mart 2017

UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində Rusiyanın ÇSKA klubu Portuqaliya "Benfikasını qəbul edib. 

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı FIFA referimiz Əliyar Ağayev idarə edib. Matç qonaqların 2 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Ağayev 90 dəqiqə ərzində 5 dəfə əlini cibinə atıb. Portuqaliya təmsilçisinin iki, Rusiya klubunun isə üç futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər xətti