Unai Emeri: "Hakim tərəfindən cəzalandırıldıq"

10:45 - 9 Mart 2017

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ya 1:6 hesabı ilə uduzaraq mübarizəəni dayandıran PSJ-nin baş məşqçisi Unai Emeri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ilk oyunda 4:0 hesablı qələbə qazanan, amma mübarizəni dayandıran Paris klubunun ispan mütəxəssisi hakim tərəfindən cəzalandırdıqlarını  söyləyib:

 

“Bəzi vəziyyətlərə hazır deyildik. Son dəqiqələrdə başqa cür oynamalı idik. Yaxşı şansımız var idi, ancaq bunu əldən verdik”.

 

“Üç səbəbi var”

 

“Bu oyunu niyə uduzduq? Bunun üç səbəbi var. Birinci odur ki, oyunçularım oyunun gedişində bəzi səhvlər etdi. Pressinq edə bilmədik. Hazırda dəyərləndirmək çətindir. İkincisi isə hakim qərarlarıdır. İki haqsız penalti. Referi tərəfindən cəzalandırıldıq. Üçüncü isə qarşı-qarşıya qaldığımız vəziyyətlərdən istifadə etməməyimiz”.

Xəbər xətti