Verratti: "Oyunun gedişində turnirlə vidalaşdıqlarını deyirdilər"

14:14 - 9 Mart 2017

Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ya 1:6 hesabı ilə uduzaraq mübarizəni dayandıran PSJ-nin futbolçusu Marko Verratti açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi Paris klubunun azarkeşlərindən üzr istəyib:

 

"Son 7-8 dəqiqədə 3 qol buraxmaq futbol diliylə açıqlanmalı olan bir hal deyil. Bunu necə izah edəcəyimi də bilmirəm. Azarkeşlərimizdən üzr istəyirəm, bizi əfv edin".

 

Verratti Kavaninin qolundan sonra "Barselona"lı oyunçuların mərhələni keçəcəklərinə inanmadıqlarını bildirib: "Rəqib oyunçular Kavaninin hesabı 3:1 etməsindən sonra matçı itirmişdilər. Oyunun gedişində mənə turnirlə vidalaşdıqlarını deyirdilər. Hamısının üzündə bu ifadə var idi".

Xəbər xətti