Ardıcıl uğursuz oyunlar keçirən “Arsenal”da baş məşqçi Arsen Venger mövsümün sonunda istefa verə bilər.
Sportal.az xəbər verir ki, “topçular”ın azarkeşləri də artıq tərübəli çalışdırıcını komandada görmək istəmirlər.
Fransız mütəxissis isə verdiyi açıqlamada komandadakı taleyinin qeyri-müəyyən olduğunu deyib. O, fikirləşəcəyini və qərar verdiyi zaman azarkeşlərin də fikirlərini nəzərə alacağını açıqlayıb:
“Burda olduğum 20 ildən çox müddət ərzində azarkeşləri xoşbəxt etmək üçün çox çalışmışam. Uduzduğumuz oyunlarda onların necə məyus olduğunu çox yaxşı görürəm. Mənim hazırda necə görünməyim önəmli deyil. Bu kluba olan sevgimi illərdi göstərirəm. Doğru qərarlar verdiyimi düşünürəm və komandanın hədəflərinə hörmətlə yanaşıram. Klubdakı gələcəyim mövsümün sonunda bəlli olacaq. Əlbəttə ki, qərar verəndə, azarkeşlərin də nələr düşündüyünü nəzərə alacam”.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ı çalışdırır.
saytlarin hazirlanmasi