Luçeksu "Zenit"dən göndərilir?

13:44 - 10 Mart 2017

Rusiyanın “Zenit” klubu baş məşqçisi Mirça Luçesku ilə yollarını ayıra bilər.

 

Sportal.az “Sovetski Sport”a istinadən xəbər verir ki, Sankt Peterburq təmsilçisinin rəhbərliyi avrokuboklardakı uğursuz çıxışa görə rumıniyalı mütəxəssisə qapını göstərmək niyyətindədir.

 

Luçesunun gedişindən sonra komandanın son olaraq ÇSKA-dan ayrılan Leonid Slutskiyə tapşırılacağı gözlənilir.

 

Qeyd edək ki, Luçesku ötən ilin yayında “Şaxtyor”dan ayrılaraq “Zenit”ə gəlmişdi.

Xəbər xətti