Azərbaycan Premyer Liqasında 4-cü dövrənin ilk oyununda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, komanda Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
“Sarı-göylər”in 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının martın 6-dan 9-dək paytaxtda təşkil olunan təlim-məşq toplanışına dəvət olunan üzvləri Orxan Əliyev ilə Azad Kərimov artıq komandanın düşərgəsinə qayıdıb. Hər iki futbolçu dünəndən hazırlıq prosesində iştirak edir.
“Kəpəz”in heyətində zədəli futbolçu yoxdur.
saytlarin hazirlanmasi