DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, şimallıların baş məşqçi Maykl O`nil martın 26-da Norveç millisinə qarşı evdə keçirəcəkləri görüş üçün 24 futbolçuya dəvət göndərib.
Bu barədə məlumatı qurumun rəsmi saytı yayıb.
Qapıçılar: Maykl MakQovern ("Norviç", İngiltərə), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Roy Kerrol ("Linfild")
Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Harts", Şotlandiya), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə), Kreyq Katkart ("Uotford", İngiltərə)
Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Brayton", İngiltərə), Ceymi Uard ("Birmingem", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Mattyu Land ("Roçdeyl", İngiltərə), Pol Peton ("Sent-Conston ", Şotlandiya)
Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Coş Macennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya).
saytlarin hazirlanmasi