Azarkeş meydana girdi, hakimə hücum etdi

19:03 - 12 Mart 2017

Xorvatiya çempionatının XXIV turunda baş tutan “Hayduk” – “Riyeka” matçında xoşagəlməz olay baş verib.

 

Sportal.az xəbər verir ki, oyunun ikinci hissəsində əlində dəmir parçası olan azarkeş meydana daxil olub. O, hakimin üzərinə qaçaraq onu vurmağa cəhd etsə də, istəyinə nail ola  bilməyib. Maraqlıdır ki, adı açıqlanmayan azarkeş meydana daxil olduqdan sonra təhlükəsizlik xidmətinin əməkdaşları və ya polis onu zərərsizləşdirməyə cəhd göstərməyiblər. Həmin şəxs hakimi vura bilməyini görüncə öz istəyi ilə meydanı tərk edib.

 

Qeyd edək ki, Xorvatiyanın ən böyük derbilərindən sayılan “Hayduk” – “Riyeka” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti