Azərbaycan Premyer Liqasının XXII turunda “Kəpəz” öz meydanında “Zirə”ni məğlub edib.
Sportal.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında iştirak etməyib.
Əldə etdiyimiz məlumata görə, Diniyevin oyundan dərhal sonra səhhəti pisləşib. O, məhz buna görə də mətbuat konfransında iştirak etməyib.
Qeyd edək ki, oyun “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi