Azərbaycan Premyer Liqasının XXII turunda öz meydanında “Qəbələ”ni qəbul edəcək “Neftçi” oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Komandanın heyətində yeganə itki Cavid İmamverdiyevlə bağlıdır. Zədədən əziyyət çəkən yarımmüdafiəçinin “Qəbələ” ilə matçda iştirak etməyəcək.
Zədəsini bərpa edən Ruslan Abışov isə böyük ehtimalla meydanda olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı martın 14-də keçiriləcək.
saytlarin hazirlanmasi